BaşlıcaSiyasət

ABŞ monitorinq missiyasının yaradılması yönündə çalışacaq

Birləşmiş Ştatlar Azərbaycan hökumətinin Dağlıq Qarabağda beynəlxalq müşahidə missiyasına açıq olacağı ilə bağlı mövqeyini alqışlayır. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller sentyabrın 27-də  keçirdiyi  btifinqdə bildirib.

“Bu, Katib Blinkenin birbaşa Prezident Əliyevi sövq etməyə çalışdığı bir şeydir və biz onun bununla razılaşdığını görməkdən məmnunuq”, – Miller deyib.

“Biz bu missiyanın necə görünəcəyini dəqiq müəyyən etmək üçün yaxın günlərdə müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyəcəyik”.

Miller onu da qeyd edib ki, USAİD-in administratoru Samanta Pauer və dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kim hazırda Azərbaycandadırlar və orada dövlət katibinin dünən prezident Əliyevlə söhbətində qaldırdığı məsələləri müzakirə edirlər.

“Biz humanitar ehtiyacların qarşılanması üçün atəşkəsin qalmasını istəyirik. Bu, Laçın dəhlizinin açıq saxlanması və humanitar yüklərin gəlməsi mümkünlüyü deməkdir. Və bu, humanitar ehtiyacların ödənilməsini təmin edəcək beynəlxalq müşahidəçi missiyası deməkdir”, – Miller davam etdi.

Daha çox göstər
Back to top button