
Rusiya Federasiyası Xarici işlər nazirliyi 2024-cü ilin əvvəlində Kapanda baş konsulluq açmağı planlaşdırır.Rusiya Xarici işlər nazirliyinin Kapanda Rusiya Baş Konsulluğunun açılması məsələsi üzrə aparıcı qrupunun rəhbəri Andrey Şonin bu haqda “Sputnik Armenia” ilə söhbətində jurnalistlərə açıqlamasında deyib.
O, əlavə edib ki, hazırda işçilər üçün xidmət və yaşayış sahələrinin seçimi aparılır.
RF diplomatik nümayəndəliyinin açılmasının motivləri göz qabağındadır, deyən diplomat Sünik bölgəsində çoxlu sayda Rusiya vətəndaşının yaşadığını xatırladıb. Onlar Meğri sərhəd dəstəsinin (İranla sərhəddə – red.) əməkdaşlarıdır.
“Syunik bölgəsinin coğrafi mövqeyi və Yerevandan uzaqlığı onu göstərir ki, burada konsulluğun olması mütləq zəruridir. Bizim Gümrüdə baş konsulluğumuz var və Ermənistanın Şimalında Rusiya konsulluğundan xidmət almaq istəyənlər oraya müraciət edə bilərlər” – deyərək Şonin bildirib.
Onun sözlərinə görə, dünyanın istənilən yerində Rusiyanın hər hansı digər konsulluq müəssisəsində olduğu kimi, konsulluqda da eyni xidmətlər göstəriləcək.
Baş konsulluğun planlaşdırılan açılışından öncə (2024-cü ilin əvvəlində) Rusiya diplomatları oktyabr ayında məlumat görüşləri keçirməyə hazırlaşırlar, burada bütün maraqlı tərəflər konsulluq xidmətləri və onların göstərilmə qaydası ilə bağlı cavablar və aydınlıqlar alacaqlar.
O, qeyd edib ki, Rusiya tərəfi vəziyyəti diqqətlə izləyir və Ermənistana (Dağlıq Qarabağdan – red.) gələn insanların problemlərinə böyük rəğbətlə yanaşır.
“Rusiya ardıcıl olaraq humanitar yardım göstərmək üçün addımlar atır. Artıq Rusiya sülhməramlı qoşunları tərəfindən böyük həcmdə yüklər çatdırılıb. Onlar həmçinin benzin anbarında (Stepanakert yaxınlığında) baş vermiş qəza nəticəsində ağır yaralananların təxliyyəsinə kömək edirlər”- deyərək rusiyalı diplomat əlavə edib.
Artıq Kapan bələdiyyəsində bir sıra görüşlər olub və bu gün Şonin əlavə edib ki, özü də Qorisə gedib. Burada Şoninin mer Aruş Aruşanyanla söhbəti olub, onunla cari Rusiya-Ermənistan münasibətləri və burada yaşayan Rusiya vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Rusiyanın yeni diplomatik nümayəndəliyi konsulluq məsələlərindən başqa, Ermənistan-Rusiya münasibətlərinin möhkəmləndirilməsi ilə də məşğul olacaqdır.
Digər ölkələrin Syünikdə (Fransa da nümayəndəlik açacaq, İran isə 2022-ci ilin oktyabrında Kapanda baş konsulluq açıb) diplomatik nümayəndəliklərin açılmasına marağının səbəbi nə ola bilər, sualına Şonin belə cavab verib:
“Mənim üçün digər ölkələrin qərarlarını şərh etmək çətindir: İran yəqin ki, Ermənistanın birbaşa qonşusu olmasından, burada sərhədin cəmi 80 km olmasından və Ermənistan ərazisində öz vətəndaşlarına kömək etmək istəyindən başlayır”.
O, əlavə edib ki, Rusiya üçün baş konsulluğun açılması Rusiya-Ermənistan münasibətlərinin möhkəmləndirilməsi üçün konkret praktiki addımdır.
Xatırladaq ki, Rusiya Konsulluğunun Sünikdə mümkün açılması barədə ilk dəfə mayın sonunda Rusiya Xarici işlər nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov məlumatlandırmışdır.
Onun sözlərinə görə, mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşü zamanı Ermənistan tərəfi həmin təşəbbüsü təsdiq edib.







