
Avropa Parlamentinin sədri Roberta Metzola Ermənistanın Baş naziri Nikol Paşinyanı parlamentin plenar iclasında çıxış etməyə dəvət edib.
“Ermənistanın Dağlıq Qarabağdan qaçan minlərlə insanın yaratdığı hazırkı humanitar böhranı aradan qaldırmaq üçün bizim dəstəyimizə və köməyimizə ehtiyacı var.
Bu gün mən Qranadada Baş nazir Nikol Paşinyanla görüşdüm və onu Avropa Parlamentinin plenar iclasında çıxış etməyə dəvət etdim”- deyə Roberta Mezzola bildirib X-də (keçmiş Twitter) olan yazısında qeyd edib.







