İspaniyanın Qranada şəhərində Dağlıq Qarabağa dəstək məqsədilə etiraz aksiyası təşkil olunub

Oktyabrın 5-də İspaniyanın müxtəlif şəhərlərinin erməni icmalarının üzvləri Dağlıq Qarabağ xalqına qeyd-şərtsiz dəstəklərini ifadə etmək üçün Qranadaya toplaşıblar. “Avropalılar Artsax naminə” təşəbbüsü tərəfindən təşkil edilən etiraz aksiyasının məqsədi Azərbaycanın insanlığa qarşı cinayətləri barədə məlumatlılığı artırmaq, Avropa İttifaqının Azərbaycanda etnik təmizləmədə iştirakını pisləmək və Azərbaycanın soyqırım siyasətini dayandırmaq üçün dərhal beynəlxalq müdaxiləyə çağırmaq olub.
“Armenpress”in məlumatına görə, mitinq ER Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində görüşü zamanı baş tutub.
Qranadadakı aksiya Avropa rəhbərliyinə Azərbaycanın davam edən soyqırım siyasətinə qarşı təcili tədbirlərin görülməsini tələb edən mesaj göndərib.








