ArtsaxBaşlıca

BQXK Artsaxda insanların axtarışını davam etdirir

Beynəlxalq Qırmızı Xaç Komitəsi Artsaxda insanların axtarışını davam etdirir. Bu barədə BQXK-nın Ermənistandakı nümayəndəliyi məlumat yayıb.

“Komandalarımız qalan insanların, o cümlədən yaşlıların, xəstələrin və əlillərin axtarışını davam etdirir. Ötən günlərdəki səfərlərimiz zamanı qida və gigiyena paketləri paylandı. Biz Ermənistanda üç nəfərin yaxınları ilə əlaqələrini bərpa edə bildik. Onlar harada olduqları barədə heç bir məlumatı olmayan ailələri ilə danışaraq sakitləşiblər”, – deyə BQXK-nin Ermənistandakı nümayəndəliyinin X səhifəsində qeyd edilib.

Həmçinin qeyd olunur ki, başçəkmələrdə öz həkimləri də iştirak edir, onlar həssas vəziyyətdə olan insanların sağlamlıq vəziyyətini qiymətləndirərək, onların tibbi ehtiyaclarının qiymətləndirməsini təmin ediblər.

Əlavə edək ki, Azərbaycanın təcavüzü nəticəsində 100.000-dən çox etnik erməni Artsaxdan zorla köçürülüb, müxtəlif hesablamalara görə, orada 100-dən az insan qalıb.

Daha çox göstər
Back to top button