Başlıcaİctimaiyyət
Ermənistan interneti azad olan ölkələrin sırasında yer alıb: Freedom House

“Freedom House” insan haqları təşkilatı oktyabrın 4-də dünyada internet azadlığının səviyyəsinə dair illik hesabatında qeyd edib ki, artıq 13 ildir qlobal internet azadlığının vəziyyəti pisləşir, ifadə azadlığına hücumlar adiləşir.
“İnternet Azadlığı 2023” adlı hesabat altı regionda 70 ölkəni əhatələyir, internet üç qrupa bölünür – “azad”, “qismən azad” və “qeyri-azad”.
İslandiya, Estoniya, Kanada internet azadlığına görə öndə gedən ölkələrdir. Almaniya, Birləşmiş Ştatlar, Ermənistan, Gürcüstan və Serbiya da reytinqin başında yer alıb.







