BaşlıcaSiyasət

Rusiya Ermənistanla Azərbaycan arasında razılaşma əldə olunmasına kömək etməyə çalışacaq: Mixail Qaluzin

“Rusiya Ermənistanla Azərbaycan arasında balanslaşdırılmış razılaşmaların əldə olunmasına kömək etməyə çalışacaq”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş üçtərəfli bəyanatın icrası aktual olaraq qalır:

“Söhbət nəqliyyat kommunikasiyalarının açılmasından, sərhədin delimitasiyası ilə onun sonrakı demarkasiyasından, sülh müqaviləsinin imzalanmasından gedir. Bütün bunların icrası vacibdir”.

Daha çox göstər
Back to top button