
ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami Azərbaycanı Dağlıq Qarabağ ermənilərinə qarşı vəhşilikdə ittiham edib. Bu barədə Amerikadakı Hay Dat Komitəsi (ANCA) məlumat yayıb.
“Baş verənlər qəddarlıqdır. Demək istədiyim odur ki, 100-120 minə yaxın xristian olan erməni çoxdan vətən adlandırdıqları bölgədən ölkəni tərk edib. Bir çox vəhşiliklər hələ də Qərb mediasında işıqlandırılmır”, – deyə Ramasvami Taker Karlsona müsahibəsində bildirib.







