
Oktyabrın 6-da Kataloniya parlamentində keçirilən ictimai dinləmə zamanı “Enterprise Armenia” Fondunun İspaniyadakı nümayəndəsi Levon Qriqoryan Dağlıq Qarabağdakı vəziyyəti təqdim edib.
Qriqoryan Azərbaycanın Dağlıq Qarabağı on aya yaxın blokadada saxlamasını, orada yaşayan ermənilər üçün yaratdığı ağır vəziyyəti, sonrakı etnik təmizləməni təqdim edərək, “beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ ermənilərinə xəyanət etdiyini” vurğulayıb.
Yeri gəlmişkən, ilk dəfədir ki, erməni icmasının nümayəndəsi Kataloniya parlamentinin üzvləri qarşısında çıxış edir.







