
BMT beynəlxalq ictimaiyyəti Ermənistandakı qaçqınların ehtiyacları üçün 97 milyon dollar ayırmağa çağırıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Cenevrədəki qərargahından verilən məlumata görə, humanitar proqram 2024-cü ilin mart ayının sonuna kimi hesablanıb.
“BMT QAK BMT agentlikləri və tərəfdaş QHT-lərlə birlikdə qaçqınlara və onların səxavətli ev sahiblərinə təcili humanitar yardım və müdafiənin göstərilməsi üçün 97 milyon dollar ayırmağa çağırır” – deyə bəyanatda bildirilir.
2024-cü ilin mart ayının sonuna qədər davam edən təcili yardım proqramı 43 milli qeyri-hökumət təşkilatı da daxil olmaqla 60 tərəfdaşın birgə fəaliyyətini nəzərdə tutur.
Ermənistanda 136 000 qaçqına və qaçqınları qəbul edən yerli icmaların 95 000 sakininə dəstək verilməsi planlaşdırılır.







