BaşlıcaSiyasət

Rusiya sülhməramlıları Cənubi Qafqazda sülh və etimadı möhkəmləndirməyə hazırdır: Lavrov

Rusiya sülhməramlıları Cənubi Qafqazda sülh və etimadı möhkəmləndirməyə hazırdır.

Bu fikirlər Rusiya xarici işlər naziri Sergey Lavrovun ”BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə – beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində yer alıb.

Lavrovun sözlərinə görə, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-stabillik səpməyə davam edir. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır.

Rusiya XİN başçısı vurğulayıb ki, ABŞ və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləsi qeyri-sabitliyə səbəb olur.

Daha çox göstər
Back to top button