
“Qardman-Şirvan-Naxicevan” ümumerməni birliyi oktyabrın 5-də Qranadada Ermənistanın Baş naziri, Fransa Prezidenti, Almaniya kansleri və AB Şurası sədrinin iştirakı ilə keçirilən dördtərəfli görüşlə bağlı bəyanat yayıb.
Jurnalist bəyanatı tam şəkildə təqdim edir:
“Qardman-Şirvan-Naxicevan” ümumerməni birliyi oktyabrın 5-də Qranadada keçirilən Ermənistan-Fransa-Almaniya-AB dördtərəfli görüşü zamanı Ermənistana göstərilən dəstəyi yüksək qiymətləndirir.
Dağlıq Qarabağdan məcburi köçkün düşmüş on minlərlə yerli erməninin sosial ehtiyaclarının ödənilməsinə yardım göstərmək üçün beynəlxalq ictimaiyyətin səyləri təşviq edilir.
Lakin biz dördtərəfli bəyannamədə qaçqınların geri qayıtmaq hüququna istinadı daha da vurğulayırıq, xüsusən:
“Qaçqınlar beynəlxalq monitorinq altında və öz tarixlərinə, mədəniyyətlərinə və insan hüquqlarına hörmətlə yanaşılmaqla heç bir şərt olmadan öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüququndan sərbəst istifadə etməlidirlər”.
Biz tələbimizi bir daha təsdiq edirik və Dağlıq Qarabağ erməniləri güclü və etibarlı beynəlxalq təminatlar şəraitində öz ilkin yaşayış yerlərinə qayıtmaq imkanına malik olsunlar və əlavə edirik ki, bu hüquq tarixi Qardman ərazisindən də genişləndirilməlidir.
1988-1992-ci illərdə Şirvan və Naxicevan ərazisindən zorla köçürülmüş ermənilərə şamil edilir.
Biz Azərbaycan təcavüzündən sağ çıxanlar olaraq həm erməni mədəni mühitinin qorunması və bərpası baxımından, həm də beynəlxalq hüququn tətbiqi baxımından geri dönüşümüzün vacibliyini yaxşı dərk edirik.
Odur ki, biz beynəlxalq ictimaiyyəti, nüfuzlu ölkələri, beynəlxalq təşkilatları, nüfuzlu humanitar və insan haqları təşkilatlarını bir əsrlik laqeydliyi düzəltməkçün və həm Dağlıq Qarabağı 2020-2023-cü illərdə, həm də Azərbaycan ərazisindən 1988-1992-ci illərdə zor gücüylə köçkünlərin və imkansızların hüquqlarının tam bərpasına, tarixi ədalətin və insan ləyaqətinin təmin edilməsinə doğru səylərini artırsınlar.







