
Ermənistan hökuməti Dağlıq Qarabağdan məcburi köçkün düşmüş bütün şəxslərin Dağlıq Qarabağa qayıtmaq imkanları olmadığı halda Ermənistan Respublikasında qalması üçün hər şeyi etməlidir.
Alınan məlumata görə, b haqda Baş nazir Nikol Paşinyan hökumətin növbəti iclasında deyib.
“Dağlıq Qarabağlı qardaş və bacılarımızın öz evlərinə qayıtmaq imkanı olmadığı halda, biz Dağlıq Qarabağdan məcburi köçkünlərin hamısının Ermənistan Respublikasında qalmasını təmin etmək üçün hər şeyi edirik.
Bu, çox mühüm rekorddur. Biz hər kəsin istisnasız olaraq Ermənistan Respublikasında qalmasını, yaşamasını və işləməsini istəyirik. Və bu, bizim siyasətimiz olacaq” – deyərək Paşinyan bildirib.
Baş nazirin məlumatına görə, Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 2500 nəfər Ermənistanı tərk edib.
“Ümid edirəm ki, onlar xaricdə yaşayan qohumlarına baş çəkib orada bir az vaxt keçirəcəklər və şok vəziyyətdən çıxmaq üçün geri qayıdacaqlar.
Demoqrafiya ilə bağlı planlarımız var, mənzillə təminat, sərhəd kəndlərində ev tikmək. Biz bütün bu proqramlarla hər şeyi edəcəyik ki, insanların Ermənistanda qalmaq imkanları obyektiv və ya subyektiv heç nə ilə məhdudlaşmasın” – deyərək Paşinyan yekunlaşdırıb.







