
BMT İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində oktyabrın 11-də Dağlıq Qarabağda ağır humanitar və insan haqları böhranı ilə bağlı qəbul edilmiş birgə bəyanata qoşulan ölkələrin sayı 40-a çatıb.
Bu barədə ER XİN-in mətbuat katibi Ani Badalyan özünün X mikrobloqunda yazıb.
Bəyanatda qeyd olunub ki, erməni əhalisinin kütləvi surətdə evlərindən didərgin salınmasının səbəbi sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar, eləcə də Laçın dəhlizinin 9 aylıq blokadası idi, hansı ki, ən ağır humanitar vəziyyəti yaratmışdı.







