BaşlıcaSiyasət

Fransa Ermənistanda Fövqəladə vəziyyətlərə cavab vermək üçün Ümumdünya Ərzaq Proqramına 1 milyon avro ayırıb

Fransa Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının Ermənistandakı Fövqəladə hallara cavab tədbirlərinə 1 milyon avro yardım edib.

Bu barədə Ümumdünya Ərzaq Proqramının  X (keçmiş Twitter) mikrobloqunda deyilir.

“Biz Ümumdünya Ərzaq Proqramının direktoru Sindi Makkeyn və Fransanın Xarici işlər naziri Ketrin Kolonnad arasında Nyu-Yorkda keçirilən görüşdən sonra Ümumdünya Ərzaq Proqramının Ermənistandakı Fövqəladə hallara cavab səylərinə 1 milyon avro töhfə verdiyini elan etməkdən qürur duyuruq.

 Biz ehtiyacı olanlara dəstək olmaq üçün tərəfdaşlığımızı gücləndiririk”- deyərək  postda qeyd olunur.

Daha çox göstər
Back to top button