BaşlıcaBeynəlxalq

Dövlət Departamenti Azərbaycanın Ermənistana mümkün hücumu ilə bağlı Blinkenə aid edilən bəyanatı təkzib edir

ABŞ Dövlət Departamenti dövlət katibi Entoni Blinkenin ABŞ qanunvericiləri ilə görüşü zamanı Azərbaycanın güya  yaxın həftələrdə Ermənistanı işğal edə biləcəyi barədə xəbərdarlıq etdiyi “Politico” jurnalının dərcini təkzib edir.

Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistə açıqlamasında bildirib ki, məqalədəki məlumat “yanlışdır” və “dövlət katibi Blinkenin qanunvericilərə dediklərini əks etdirmir”.

“Birləşmiş Ştatlar Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz vurğuladıq ki, bu suverenliyin və ərazi bütövlüyünün hər hansı pozulması ciddi nəticələrə gətirib çıxaracaq.

Bu (red.: Politico) məqaləsində yer alan məlumatlar yanlışdır və heç bir şəkildə belə deyil. Dövlət katibi Blinkenin qanunvericilərə dediklərini əks etdirmir” – deyərək Dövlət Departamentinin sözçüsü Miller jurnalistə olan şərhində qeyd edib.

Daha çox göstər
Back to top button