
Üç aya yaxındır Bakı həbsxanasında saxlanılan Qarabağdan olan Vaqif Xaçatryan məhkəməsindən bir gün əvvəl doğmalarına zəng edib. Bu barədə onun qızı Tsovinar Xaçatryan jurnalistə müsahibəsində bildirib.
“Məhkəmə prosessindən sonra atamdan xəbərimiz yoxdur. Məhkəmədən bir gün əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə onunla telefon danışığı oldu. O, narahat idi, o bizdən soruşurdu ki, indi biz haradayıq? Dedi ki məhkəmə olmalıdır, vəssalam” – deyə Tsovinar Xaçatryan bildirib.
O, dedi ki, özləri müxtəlif qurumlara müraciət etməkdə davam edirlər. “Hələlik heç bir qurumdan bizə zəng, xəbər daxil olmayıb. Müxtəlif strukturlara müraciət etməkdə davam edirik. Onun məsələsi ilə bütün qurumlar məşğul olur, amma hələlik bir nəticə yoxdur”.
Qeyd edək ki, oktyabrın 13-də Bakıda Vaqif Xaçatryanın “işi” üzrə məhkəmə farsıkeçirilib. Düzəldilmiş iş üzrə 59 nəfər “qzərərçəkən” qismində olub, buna görə də Azərbaycan hakimiyyəti onu xüsusilə ağır cinayətlərdə ittiham edir.
Xatırladaq ki, Xaçatryan iyulun 29-da BQXK-nın müşayiəti ilə Laçın dəhlizini keçərkən oğurlanıb.







