İspaniya parlamentariləri bəyanatda Azərbaycanın Dağlıq Qarabağdakı fəaliyyətini məhkum ediblər

Oktyabrın 17-də İspaniya parlamentinin 7 fraksiyası Azərbaycanın Dağlıq Qarabağa qarşı həyata keçirdiyi hücumla bağlı bəyanat qəbul edib, nəticədəsə minlərlə erməni məcburi köçkün vəziyyətinə düşüb.
Bəyanatda fraksiyalar “Azərbaycanın regional təhlükəsizlik və sabitliyə təhlükə yaradan əsassız hücumunu” qəti şəkildə pisləyib.
Fraksiyalar Azərbaycanın 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını yerinə yetirməkdən imtina etməsindən, həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını yerinə yetirməməsindən narazılıqlarını ifadə ediblər.
İspaniyalı qanunvericilər Azərbaycandan hərbi əməliyyatları dərhal dayandırmağı tələb edərək, bu ölkənin vaxtilə BMT-nin Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasını ratifikasiya etdiyini xatırladıblar.
Onlar Azərbaycanın əməlləri nəticəsində Ermənistan tərəfində qeydə alınan insan itkisini pisləyib, Dağlıq Qarabağın erməni əhalisi ilə həmrəy olduqlarını bildiriblər.
Bəyanatda bildirilir ki, Avropa Birliyi münaqişənin danışıqlar yolu ilə və davamlı həllinin axtarışına töhfə verə bilər və etməlidir.







