Avstriya parlamenti Azərbaycanın DQ xalqına qarşı apardığı etnik təmizləməni məhkum edən qətnaməni yekdilliklə qəbul edib

Oktyabrın 19-da Avstriya parlamenti Azərbaycanın Dağlıq Qarabağ xalqına qarşı apardığı etnik məhkum edən qətnaməni yekdilliklə qəbul edib. Bu bhaqda ER-ın Avstriyadakı səfirliyi məlumatlandırıb.
“Ermənistanın Avstriyadakı səfiri Armen Papikyan Milli Şuranın sessiyasında fəxri qonaq qismində iştirak edib.
Bir çox deputatlar Azərbaycanı məhkum edən çıxışlar edərək, Avstriya Federal hökumətini Ermənistanı və məcburi köçkün Dağlıq Qarabağ əhalisini dəstəkləməyə çağırıblar.
Qanunverici orqandakı bütün beş fraksiya tərəfindən dəstəklənən qətnamə federal hökuməti “bütün beynəlxalq forumlarda və ikitərəfli müzakirələrdə Azərbaycanın 100 mindən çox etnik erməninin Dağlıq Qarabağdan kütləvi şəkildə köçməsinə səbəb olan hərbi hərəkətlərini pisləməyə” çağırır.
Qətnamədə Dağlıq Qarabağda qalan etnik ermənilərin və Dağlıq Qarabağa qayıtmaq istəyənlərin hüquqlarının qorunmasının, Beynəlxalq Məhkəmənin Laçın dəhlizi ilə sərbəst hərəkətlə bağlı qərarlarının icrasının vacibliyi vurğulanır.
Avstriya Federal Hökuməti həmçinin beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağa uzunmüddətli azad və maneəsiz çıxışının təmin edilməsi, eləcə də Dağlıq Qarabağın mədəni sərvətlərinin və kilsələrinin hərtərəfli mühafizəsi ilə məşğul olmağa çağırılır.
Qətnamədə həmçinin humanitar vəziyyətin daha da sabitləşməsi üçün Avstriyanın inkişaf əməkdaşlığının önəmli ölkəsi kimi Ermənistana lazımi vəsaitin ayrılması tərəfdarıdır.











