
Ermənistanın Baş naziri Nikol Paşinyan Litvanın Baş naziri İnqrida Şimoniteyə Dağlıq Qarabağda etnik təmizləmə və 100 minə yaxın Dağlıq Qarabağ ermənisinin qaçqın düşməsi faktını təqdim edib.
Alınan məlumata görə, buhaqda Paşinyan Yerevanda Litvanın Baş naziri İnqrida Şimonite ilə görüşündə çıxışı ərzində bildirib.
“Mən həmçinin Baş nazir Şimoniteyə regionumuzda yaranmış vəziyyəti, ilk növbədə, Dağlıq Qarabağda baş vermiş etnik təmizləməni və Dağlıq Qarabağda daha 100 min erməninin qaçqın vəziyyətinə düşməsi faktını, eləcə də ER tərəfindən atılan addımları və ER hökuməti onların təcili ehtiyaclarını ödəməli olduğu addımları təqdim etdim” – deyə Paşinyan bildirib.
Ermənistanın Baş naziri Litva hökumətinə və Avropa Birliyinə bu humanitar vəziyyətə tez reaksiya verdiyinə və maliyyə dəstəyi göstərdiyinə görə təşəkkür edib.
“Əlbəttə, biz onu da qeyd edirik ki, bu humanitar dəstəyin davamlılığı vacibdir” – deyərək Paşinyan qeyd edib.







