
Rumıniyanın paytaxtı Buxarestdə toplaşan “Avropa Uğrunda Liberallar və Demokratlar Alyansı” (ALDE) Partiyasının şurası Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağda yaranmış vəziyyət və Ermənistana qarşı davam edən təhdidlərlə bağlı qətnamə qəbul edib.
Verilən məlumata görə, bu haqda Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan özünün X mikrobloqunda yazıb.
“Şura Azərbaycanın Laçın dəhlizinin blokadaya alınmasının Dağlıq Qarabağda etnik ermənilər üçün davam edən humanitar böhran yaratdığını, Azərbaycanın son vaxtlar törətdiyi əsassız hücumların mülki əhalinin ölümü və 120 minə yaxın erməninin etnik təmizləməyə məruz qalması ilə nəticələndiyini, gərginliyin daha da gərginləşdiyini qeyd edib.
Azərbaycanın atəşkəs rejimini pozmasından və uğursuz vasitəçilik səylərindən sonra Azərbaycanın Ermənistanı işğalı ilə hədələyir.
Şura Ermənistanın Avropa ilə güclü mədəni və dini əlaqələri paylaşdığına, Avropa və Qərb ictimaiyyəti ilə daha sıx əməkdaşlığa can atdığına inandığını ifadə edib.
Marukyan yazır: “Azərbaycan öz neft-qaz diplomatiyası ilə Qərb və Avropa ölkələrinə təsir göstərir və beynəlxalq ictimaiyyət ermənilərin etnik təmizləməsinin qarşısını ala bilməyib”.
Şura Dağlıq Qarabağdan olan qaçqınları dəstəkləmək, ermənilərin Dağlıq Qarabağa təhlükəsiz qayıtmasını təmin etmək və əsirləri, o cümlədən Dağlıq Qarabağın seçilmiş nümayəndələrini azad etmək üçün Ermənistana iqtisadi yardımın artırılmasına çağırır.
“Şura Ermənistan əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin edən BMT-nin sülhməramlı missiyasının Dağlıq Qarabağda yerləşdirilməsinə, atəşkəs rejiminin və insan hüquqlarının çoxsaylı pozulmasına görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə qarşı məqsədyönlü sanksiyaların tətbiqinə çağırır.
Şura həmçinin Azərbaycan tərəfindən ermənilərə qarşı nifrət və etnik təmizləmə nümayişlərinin qadağan edilməsinə, eləcə də Dağlıq Qarabağda erməni mədəni irsinin məhv edilməsinə çağırır.
Şura Azərbaycan rezidentinin və Azərbaycanın digər rəsmi şəxslərinin Ermənistanın ərazi bütövlüyü və suverenliyini təhdid edən, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı təxribat xarakterli bəyanatlarını pisləyir.
Şura Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxil olmaqla hərtərəfli sülh sazişinin imzalanmasına çağırır.
Şura Şərq Tərəfdaşlığı çərçivəsində AB-nin Ermənistanla siyasi və diplomatik əməkdaşlığını aktivləşdirməyə və Ermənistanın AB-yə üzvlüyünə yol açmağa, onun təhlükəsizliyini və regionda sülhü təmin etməyə çağırır.
Şura Qərbin Azərbaycandan asılılığını azaltmaq üçün neft və qaz tədarükünün diversifikasiyasına səsləyir”- deyərək Marukyan qeyd edib.







