
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin Ermənistan Respublikasındakı rus soydaşlarının 15-ci konfransında çıxışı edib.Bu haqda Yerevan Rus Evi xəbər verir.
Tədbir Rusiya Federasiyasının səfirliyində keçirilib.
Konfransın mövzusu “Ermənistanın rus dünyası. Nailiyyətlər və müasir çağırışlar” olub.
“Bizim konfransımız fövqəladə şəraitdə, müasir Ermənistan tarixinin ən qaranlıq səhifələrindən birinin fonunda keçirilir. Biz Dağlıq Qarabağın 100 mindən çox sakininin, ermənilərin və rusların öz vətənlərini necə tərk etmək məcburiyyətində qaldığının şahidi olduq.
Bu faciənin ilk günlərində Rusiya məcburi miqrantlara həm özəl təşkilatlar, həm də dövlət səviyyəsində yardım göstərir”- deyə Serqey Kopirkin qeyd edib.







