BaşlıcaEkonomikaİctimaiyyət
“BYD Auto Industry” şirkətinin nümayəndələri oktyabrın sonunda Ermənistana səfər edəcəklər

Nazir Vahan Kerobyan Çinin Şençjen şəhərində ” BYD İndustry” şirkətinin nümayəndələri ilə görüşüb.
Görüş zamanı Çin tərəfi ilə Ermənistanın əvvəllər təqdim etdiyi investisiya siyasəti istiqamətində son illərdə həyata keçirilən fəal işlər, verilmiş imtiyazlar, investisiya proqramları müzakirə olunub.
“BYD Auto Industry” şirkətinin fəaliyyəti, günəş enerjisi sektoru, innovativ elmi-tədqiqat ofislərinin yaradılması ilə bağlı bir sıra məsələlər müzakirə edilib. Çin tərəfi Ermənistan bazarı ilə yerindəcə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək üçün oktyabrın sonunda Ermənistana səfər etmək niyyətində olduğunu bildirdi.







