BaşlıcaSiyasət

Ermənistan və Azərbaycan XİN başçıları Tehranda qeyri-rəsmi görüş keçiriblər

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Tehranda “3+3” formatında danışıqlar çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü barədə məlumatı təsdiqləyib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

“Tehranda qeyri-rəsmi ünsiyyət olub. Bu, belə platformalar üçün adi haldır”, o deyib.

Qeyd edək ki, ötən gün İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian “3+3” regional platformasının XİN rəhbərlərinin iclasından sonra mətbuata açıqlamasında deyib ki,

Tehranda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıq olub.

Daha çox göstər
Back to top button