
Aİ-nin Ermənistanda yerləşən mülki müşahidə missiyası Ermənistan-Azərbaycan sərhədində 1000-ci patrulunu həyata keçirib.
“Bu gün EUMA Ermənistan-Azərbaycan sərhəd zonasında vəziyyəti müşahidə etmək və hesabat vermək üçün 1000-ci patrulunu keçirib.
Biz Kapan, Qoris, Cermuk, Yeğeqnadzor, Martuni və İcevan şəhərlərində fəaliyyət göstərən altı bazadan patrul xidməti həyata keçiririk”, – missiyanın X səhifəsində qeyd olunur.
Həmçinin qeyd olunur ki, hər həftə Aİ missiyasının patrulları gündə 7 patrul həyata keçirərək təxminən 3800 km məsafə qət edir.







