
Regionda yolların açılması iqtisadi proseslərə, iqtisadi inkişafa müsbət təsir göstərəcək. Bunu oktyabrın 24-də parlamentdə jurnalistlərlə söhbətində “Mülki müqavilə” fraksiyasının üzvü Qurgen Arsenyan qeyd edib.
“Ermənistanın blokadası nəticəsində hamınız malların baha olması səbəbindən gündəlik həyatınızda təxminən 25 faiz çox pul xərcləyirsiniz. Əgər mal və xidmətlərin qiymətlərini təhlil etsəniz görərsiniz ki, ən bahalısı Ermənistandadır və bu blokadanın nəticəsidir.
Gürcüstana gedin, Ermənistan və Gürcüstanda eyni məhsulların qiymətlərini müqayisə edin. Məişət kimyası, dərman qiymətləri, geyim. Blokadaya görə Gürcüstanda nəqliyyat xidmətləri çox bahadır. Mən əmin edirəm ki, blokadanın götürülməsi halında Gürcüstan ərazisində nəqliyyat xərcləri 60 faiz azalacaq”, – deyə o bildirib.







