
Kanada Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə Kanadanın xarici işlər naziri Melani Coli bu gün, oktyabrın 25-də Yerevanda keçirilən mətbuat konfransında bildirib.
Kanadalı nazir güc tətbiq etməmək prinsipinin saxlanmasının vacibliyini vurğulayıb və Azərbaycan hakimiyyətini erməni əhalisinin öz evlərinə qayıtmaq hüquqlarına hörmət etməyə çağırıb.
Nazir xatırladıb ki, 19 sentyabr təcavüzündən əvvəl Dağlıq Qarabağın bir neçə ay davam edən qanunsuz blokadası olub. Coli deyib ki, Kanada Dağlıq Qarabağdan olan qaçqınlara yardımı artıracaq.
Azərbaycana qarşı sanksiyaların tətbiqinin mümkünlüyü ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, bütün variantlar masadadır:
“Biz Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşılacağını gözləyirik. Biz bu məsələyə ciddi diqqət yetiririk”, – deyə nazir bildirib.







