
Baş nazir Nikol Paşinyan ölkəmizdə diplomatik fəaliyyətini başa vurmaqda olan Müqəddəs Taxt-Tacın apostol nunsisi, arxiyepiskopu Xose Avelino Betankuru qəbul edib.
Bu haqda ER Baş nazirinin iş heyəti məlumatlandırıb.
Ermənistan və Müqəddəs Taxt-Tac arasında əlaqələrin möhkəmlənməsinə töhfə vermək məqsədilə arxiyepiskop Betankur Baş nazir Paşinyana Müqəddəs Taxt-Tacın ən yüksək mükafatlarından biri olan Papa Fransisk tərəfindən təltif edilən Papa IX Piyin Cəngavər Böyük Xaç mükafatı təqdim edib.
Baş nazir verilən yüksək qiymətə görə minnətdarlığını bildirib və ER hökumətinin Müqəddəs Taxt-Tacla əlaqələri ardıcıl şəkildə inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.
Nikol Paşinyan arxiyepiskop Betankura gələcək fəaliyyətində uğurlar arzulayıb.







