
Oktyabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Hindistan Respublikasının ticarət və sənaye üzrə dövlət naziri xanım Anupriya Patel ilə görüşüb.
Müharibədən sonra regionda cərəyan edən proseslər barədə fikirlərini bölüşən Baş nazir qeyd edib ki, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda sülhün bərqərar edilməsi üçün tarixi şərait yaranmışdır.
Əsədov hindistanlı nazirə Ermənistana silah verilməsi ilə bağlı narazılıqlarını da bildirib.







