BaşlıcaSiyasət

ER Xİ naziri: “Ermənistan Rusiyanın Kapanda konsulluğunun açılması təklifinə razılıq verib”

Rusiya tərəfi Kapanda konsulluğun açılması təklifi ilə çıxış edib, Ermənistan Respublikası isə buna razılıq verib.  Verilən məlumata görə, bu haqda  parlamentdə hökumət üzvləri ilə sual-cavab  ərzində Xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Həqiqətən də Rusiya tərəfi müəyyən olunmuş qaydada Kapanda baş konsulluğun açılması üçün müraciət edib və Ermənistan Respublikası bütün mümkün nüansları nəzərə alaraq, müəyyən olunmuş qaydada öz müsbət nəticəsini və razılığını verib.

Hazırda Rusiya Federasiyasının həmin konsulluğu hansı mərhələdə açdığını söyləmək çətin olacaq. Lakin bu, onların işidir, lakin onlar istənilən mərhələdə Ermənistanın müvafiq idarələri ilə əməkdaşlıq edirlər” – deyə Mirzoyan bildirib.

Nazirin sözlərinə görə, müxtəlif ölkələr Syünik vilayətində konsulluqların açılmasında maraqlıdırlar.

“İran İslam Respublikası artıq var, Fransa belə bir niyyəti açıqlayıb, söhbətin davam etdiyi başqa ölkələr də var, amma yekun razılaşma olmadığı üçün həmin ölkələri açıqlamaq istəməzdim.

Təbii ki, beynəlxalq iştirak regionun iqtisadi həyatının canlanmasına töhfə verir, lakin bəli, bu həm də siyasi mesajları ehtiva edir”, – Mirzoyan bildirib.    Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov Rusiya Federasiyasının Sünik vilayətində konsulluğunun açılacağını açıqla

Daha çox göstər
Back to top button