
Ermənistanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli Cermuka gedib.
Kanada XİN rəhbəri Cermukdakı Avropa İttifaqı Monitorinq Missiyasının mərkəzinə gedib.
“Kanadanın da qoşulduğu Avropa İttifaqı missiyasının həyata keçirdiyi işlər haqqında daha çox öyrənmək üçün Cermukda olmaq çox xoşdur. Kanada bu missiyaya qoşulan ilk qeyri-Aİ ölkəsidir. Biz logistika məsələlərini müzakirə edəcəyik”, – kanadalı nazir Aİ müşahidəçiləri ilə görüşdə deyib.
Kanadanın xarici işlər naziri səfəri zamanı həmçinin döyüş mövqelərinə baş çəkəcək, Dağlıq Qarabağdan məcburi köçkünlərlə görüş keçirəcəkdir.







