
Ermənistanda rəsmi səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli Jermukda olub. Aİ-nin Ermənistandakı missiyasının müşahidəçiləri ilə görüşüb. Kanadalı diplomatı xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan müşayiət edib.
“Jermuka səfər simvolik idi. Nazir vəziyyəti yerindəcə izləyib, hazırda Dağlıq Qarabağdan olan qaçqınlarla görüşür.
Heç kimə sirr deyil ki, Kanada güclü ölkədir, 7-lik qrupunun üzvüdür və onun həm BMT-də, həm də digər beynəlxalq təşkilatlarda səsi kifayət qədər təsirlidir. Hesab edirik ki, bu səfər əməkdaşlığımızın dərinləşməsi üçün çox yaxşı zəmin yaratdı.
Kanada müşahidəçi göndərmək arzusunu bildirən ilk Aİ üzvü olmayan ölkədir və artıq iki müşahidəçi çox qısa müddətdə gələcək. Hesab edirik ki, Kanada tərəfindən investisiyalar da genişləndiriləcək”, – Hovhannisyan bildirib.







