BaşlıcaSiyasət

Monitorinqin nəticələrini Azərbaycana təqdim etmirik: Aİ-nin Ermənistandakı missiyasının rəhbəri

Missiyamıza 103 nəfər daxildir. Bizim vəzifəmiz bölgədə Aİ-nin gözü və qulağı olmaqdır. Bunu Aİ-nin Ermənistandakı Mülki Monitorinq Missiyasının (EUMA) rəhbəri Markus Ritter “APRI Armenia” analitik mərkəzinin “Qeyri-müəyyənlikdə irəliləyiş” adlı konfransında deyib.

Onun sözlərinə görə, müşahidəçilər arasında hərbçilər olmasa da, keçmiş polislər və keçmiş sərhədçilər var.

“Aİ-nin 27 ölkəsindən 24 ölkənin nümayəndəsi missiyaya daxildir. Ümid edirik ki, başqaları da qoşulacaq, vakansiyalar var. Mövcud razılaşmalara əsaslanan missiya 2025-ci ilin dekabrına qədər fəaliyyət göstərəcək.

Biz də anlaşılmazlıqların qarşısını almaq üçün fəaliyyətimiz barədə Bakıya məlumat veririk. Amma biz monitorinqin nəticələrini nə Ermənistana, nə də Azərbaycana yox, yalnız Aİ-nin qərargahına təqdim edirik”, – o əlavə edib.

Aİ nümayəndəsi vurğulayıb ki, sentyabr hadisələrindən sonra monitorinq missiyası ilə bağlı müzakirələr aparılıb, lakin bu məsələ ABŞ-ın missiyaya qoşula biləcəyi sualı kimi Brüsselə də ünvanlanmalıdır.

Daha çox göstər
Back to top button