BaşlıcaSiyasət

Nikol Paşinyan:  “RF sülhməramlıları DQ ermənilərinin təhlükəsizliyini təmin edə bilmirdilər, ya da istəmirdilər”

Bu bir həqiqətdir ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edə bilmirdilər, ya da istəmirdilər.

Bu haqda  Ermənistanın Baş naziri Nikol Paşinyan “The Wall Street Journal”a verdiyi müsahibəsi  zamanı  deyib.

“Məğlubiyyətdən danışarkən mən onu nəzərdə tuturam ki, Rusiya sülhməramlı qoşunları Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edə bilməyiblər və ya istəməyiblər” – deyərək ER Baş naziri xüsusi qeyd edib.

Paşinyan, həmçinin Artsax ermənilərinin gələcək taleyindən danışaraq, onların “Dağlıq Qarabağa qayıtmaq imkanı və ya arzusu yoxdursa, biz onların Ermənistanda qalmaları və yaratmaları üçün hər şeyi edəcəyik” –deyə bəyan edib.

Baş nazirin fikrincə, regionrahat  olarsa, ER rahat ola bilər. “Elə bir vəziyyət ola bilməz ki, regionda  rahatlıq olmasın, amma Ermənistan rahat olsun. Ona görə də biz sülh ideyalarımıza heç bir şəkildə qarşı çıxmırıq və sülhün regional maraqlarına  zidd deyilik”.

Daha çox göstər
Back to top button