BaşlıcaSiyasət

Paşinyan  deyib ki, Ermənistan  KTMT-na üzv olmaqda niyə davam edir

Erməni xalqının və rəhbərliyinin Dağlıq Qarabağdakı sülhməramlı qoşunları, 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında KTMT-nin əməlləri və ya hərəkətsizliyi, eləcə də ikitərəfli təhlükəsizlik sazişləri ilə bağlı sualları var.

Baş nazir Nikol Paşinyan bu haqda  “The Wall Street Journal”a müsahibəsində Rusiya qoşunları və Rusiya Federasiyasının davranışı məsələlərlə bağlı sualı cavablandırarkən deyib.

“Biz bu məsələlərlə bağlı söhbətə başlamışıq, mənim də bu barədə danışmaq imkanım olub, müxtəlif tərəfdaşlarımız danışır və bu söhbət davam edəcək, çünki burada Rusiyanın bizi anlaması çox vacibdir, bizim də Rusiyanı daha yaxşı və düzgün başa düşürük”- deyərək  o, qeyd edib.

Paşinyan Ermənistanın niyə KTMT üzvü olmaqda davam etməsi ilə bağlı suala belə cavab verib:

“Eyni səbəbdən biz məsələlərin müzakirəsi prosesindəyik, çünki biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını hər hansı məsələ ilə bağlı səhv başa düşmək istəmirik və etmirik. Gərək ardıcıllıqla işləyək  o zamanacan işi aparaq ki,  hər hansısa  qənatə gəlmək anı yetişəcəkdir.

İstəyirik ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hər hansı məsələ ilə bağlı bizi yanlış anlamasın”.

Daha çox göstər
Back to top button