
Oktyabrın 26-da Ermənistanın xarici işlər naziri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Coşua Haq ilə görüşüb.
Regional təhlükəsizlik və sabitlik ilə bağlı məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, iki ölkə arasında sərhədin demarkasiyası, ərazi bütövlüyü, suverenliyi, yurisdiksiya altında olan regional nəqliyyat kommunikasiyalarının bolakadadan çıxarılması ilə bağlı məsələlər müzakirə olunub.
Tərəglər Azərbaycanın etnik təmizləmə aparması nəticəsində Dağlıq Qarabağın 100 mindən çox əhalisinin məcburi köçkünə çevrilməsinə və onların yaranmış humanitar vəziyyətdə əsas ehtiyaclarını və gələcək hüquqlarının təmin edilməsi ilə bağlı məsələləri də müzakirə ediblər.







