BaşlıcaSiyasət

Biz Avropa platformasını danışıqlar üçün kifayət qədər əlverişli hesab edirik: Deputat

Ermənistan hökuməti Avropa platformasını Azərbaycanla müzakirələr üçün kifayət qədər əlverişli hesab edir.

Bunu parlamentin hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan Brüssel görüşün oktyabrın sonunda baş tutmaması ilə bağlı suala toxunaraq deyib.

O bildirib ki, Brüssel səfəri ləğv edilib, lakin Ermənistan tərəfi bir daha Avropa platformasında görüşməyə hazır olduğunu bildirib.

“Biz öz dövlət maraqlarımızdan çıxış edirik, Azərbaycanla Avropa platformasında müzakirələrimizi davam etdirməyə hazırıq. Biz Azərbaycanla Avropa platformasında bir neçə mərhələdə mühüm razılaşmalar əldə etmişik. Hazırda biz Avropa platformasını kifayət qədər əlverişli platforma hesab edirik və gözləyirik ki, yaxın gələcəkdə avropalı tərəfdaşlarımızın səyləri ilə Avropa platformalarında görüş təşkil edə biləcəyik”, – o bildirib.

Daha çox göstər
Back to top button