BaşlıcaSiyasət

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib. Energetika Nazirliyinin tədarük etdiyi yükə uzunluğu 555 min metrdən çox elektrik kabeli və naqili daxildir. Yardım “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin ərazisindən yola salınıb.

Ukraynaya göndərilən yardımın ümumi dəyəri 1,5 milyon manatdan çoxdur. Bunu Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov bildirib.

Daha çox göstər
Back to top button