
İqtisadiyyat naziri Vahan Kerobyan və onun müavini Rafael Gevorqyan oktyabrın 27-də Londonda ən böyük bank və investisiya korporasiyası JP Morgan-ın nümayəndələri ilə görüş keçirib.
Görüş zamanı iri korporativ biznesin beynəlxalq bazarlara çıxışının təmin edilməsi, o cümlədən kənd təsərrüfatı, sənaye, telekommunikasiya və digər sektorlar üzrə təşkilatlarla bağlı proqramların həyata keçirilməsi üçün beynəlxalq bazarlardan investisiyaların cəlb edilməsi imkanları müzakirə edilib.







