BaşlıcaEkonomikaİctimaiyyət

2024-cü ildə Ermənistanda real əmək haqqının 8,8 faiz artacağı proqnozlaşdırılır

2024-cü ildə Ermənistanda real əmək haqqının 8,8 faiz artacağı proqnozlaşdırılır.

Bunu Maliyyə naziri Vahe Hovhannisyan parlamentin daimi komitələrinin birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin ilkin müzakirələri zamanı deyib.

“İnanırıq ki, əmək bazarında qeyd etdiyimiz müsbət tendensiyalar 2024-cü ildə də davam edəcək.

Yüksək iqtisadi artım şəraitində 2023-cü ildə muzdlu işçilərin sayının və real əmək haqqının müvafiq olaraq 5,5 və 13,6 faiz artacağını proqnozlaşdırırıq. 2024-cü ildə isə əmək haqları 8,8 faiz, muzdla işləyənlərin sayı 2,7 faiz artacaq”, – nazir qeyd edib.

Onun sözlərinə görə, hökumət 2023 və 2024-cü illərdə məşğulluğun artımının olacağını gözləyir.

“2023-cü ildə bizdə məşğulluqda 3,2 faiz artım var, 2024-cü ildə 1,4 faiz artım olacaq. İşsizlik səviyyəsi azalaraq 12,3 faiz təşkil edəcək”, – deyə Hovhannisyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button