
Ermənistanın İstintaq Komitəsi sentyabrın 19-da Azərbaycanın Dağlıq Qarabağa qarşı başlatdığı genişmiqyaslı hərbi hücum nəticəsində mülki vətəndaşlar və uşaqlar da daxil olmaqla ölən və yaralananların sayını açıqladı.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan X mikrobloqunda yazıb.
“231 hərbçi və 80 mülki şəxs olmaqla, 300-dən çox nəfər yaralanıb
14 nəfər Azərbaycan əsgərləri tərəfindən işgəncələrə məruz qalıb.
Dağlıq Qarabağdan Ermənistana məcburi köçkünlük zamanı 64 nəfər həlak olub”.
Qeyd olunub ki, bu məlumatlar 2023-cü ilin oktyabrın 30-na aiddir. İstintaq davam edir, rəqəmlər dəyişə bilər.







