
Kanada Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı hadisələri diqqətlə izləyir və ötən ilki hadisələr – 10 aylıq blokada, Azərbaycanın keçirdiyi hərbi əməliyyatı və Dağlıq Qarabağ əhalisinin kütləvi şəkildə məcburi köçürülməsi nəticəsində humanitar vəziyyətin kəskin pisləşməsindən narahatdır. Bunu Ermənistanın Kanadadakı ilk səfiri Endryu Törner deyib.
“Kanada Ermənistan hökumətinin yardım çağırışına qoşulub. Kanada humanitar təşkilatlar vasitəsilə Dağlıq Qarabağdan olan qaçqınlara dəstək məqsədilə ümumilikdə 3,9 milyon dollarlıq humanitar yardım göndərib.
Kanada davamlı olaraq gücdən istifadə etməməyə çağırıb və bütün tərəfləri hərtərəfli sülh razılaşmasına nail olmaq üçün danışıqlarda iştirak etməyə çağırıb. Kanada güc tətbiq etməmək, hər iki ölkənin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyir. Sülh müqaviləsi indi həm də köçkün əhalinin Dağlıq Qarabağa qayıtmaq hüququnu, onların mülkiyyətinə və hüquqlarına hörməti təmin etməlidir”, – deyə səfir əlavə edib.
Azərbaycana qarşı sanksiyaların tətbiqinin mümkünlüyü barədə suala cavab olaraq səfir ölkənin xarici işlər naziri Colinin sanksiyalar məsələsinin müzakirə olunduğu barədə sözlərini sitat gətirib.
“Lazım gəlsə, onlar tətbiq olunacaq, lakin biz problemi diplomatik yolla həll etməyə çalışırıq. Bundan əlavə, biz sərhəddə baş verənləri izləmək üçün müşahidə missiyasında qoşulmaq istəyirik. Biz həm də müttəfiqlərimizlə birlikdə Bakıya mesajımızı çatdırmaq üçün çalışırıq ki, ərazi bütövlüyünə hörmət edilməlidir”.







