
Sloveniya Dağlıq Qarabağdan məcburi köçkünlərə yardım üçün 120 min avro ayıracağını açıqlayıb, bu barədə Sloveniya Xarici işlər nazirliyinin X səhifəsində deyilir.
“Çoxsaylı humanitar böhranlar şəraitində biz Dağlıq Qarabağdan olan qaçqınları dəstəkləyirik.
“Ermənistan ötən ilin avqustunda baş verən daşqınlar zamanı Sloveniyaya dəstək verib və indi Sloveniya BQXK vasitəsilə Dağlıq Qarabağdan olan qaçqınlara yardım üçün 120 avro ayırmaqla onlara öz minnətdarlığını bildirir” – deyərək postda qeyd edilib.







