
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Polşanın Ermənistanda yeni təyin olunmuş Fövqəladə və səlahiyyətli səfiri Pyotr Skveçinskini qəbul edib.
Alınan məlumata görə, Baş nazirin iş heyətindən bildirilir ki,Nikol Paşinyan səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nikol Paşinyan Ermənistan-Polşa münasibətlərinin həm siyasi dialoq, həm də iqtisadiyyat sahəsində davamlı inkişafını vurğulayıb.
Baş nazir ticari-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində mövcud potensialın reallaşdırılmasının vacibliyini vurğulayıb.
100 mindən çox soydaşımızın Dağlıq Qarabağdan məcburi deportasiyasına və Azərbaycanın etnik təmizləmə siyasəti nəticəsində yaranmış humanitar vəziyyətə istinad edilib.
Piotr Skveçinski Polşa hökumətinin Ermənistanla müxtəlif istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək və genişləndirməkdə maraqlı olduğunu vurğulayıb və əlavə edib ki, fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün bütün səylərini əsirgəməyəcək.
Görüş ərzində Ermənistan-Polşa münasibətləri, Ermənistan-Avropa Birliyinin qarşılıqlı fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







