BaşlıcaBeynəlxalq

“Qardman-Şirvan-Naxıcevan” Ümumerməni birliyinin Azərbaycanın korrupsiyalaşmış “xeyriyyə təbliğatı” ilə bağlı bəyanatı

“Qardman-Şirvan-Naxıcevan” ümumerməni birliyi Azərbaycanın korrupsiyalaşmış “xeyriyyə təbliğatı” ilə bağlı bəyanat yayıb.

“Uzun müddətdir ki, Azərbaycanın hansı vasitələrdən istifadə etdiyi, öz antierməni və saxta tarixi tezislərini dünyaya yaymağa çalışdığı.

 Azərbaycanda olmayan azad və demokratik dövlət illüziyasını yaratması sivil dünya üçün sirr deyil. Kürü diplomatiyası”ndan tutmuş “Azərbaycan camaşırxanasına”, “camaşırxana”dan tutmuş xarici elmin maliyyələşdirilməsinin “anonim mənbələrinə” qədər.

Bax budur Azərbaycan hakim klanının quruculuğunun bütün spektri.

Deyilənlərin bariz nümunəsi Oksford Universitetinin Nizami Gəncəvi fondunun “anonim maliyyələşdirilməsi” ilə bağlı çox yaxınlarda yayılan sensasion ifşadır.

Mehriban Əliyevanın bacısı Nərgiz Paşayevanın “mədəniyyət yönümlü” maliyyə himayəsi ilə Qafqazın mədəniyyət  mühitinin öyrənilməsinə yönəlmiş, qeyri-siyasi görünən bu proqram azərbaycanpərəst fikirlərin formalaşması mənbəyinə çevrilə bildi və bu kimi hadisələrə susmağa müvəffəq oldu.

Söz və vicdan azadlığının daim pozulması, siyasi təqib və əsassız narazılıq, həbslər və s.. Təəssüf ki, bütün bunların Azərbaycanda “mədəniyyət” kökləri var.Çünki Azərbaycanın, xüsusən ermənilərə qarşı soyqırım əxlaqı  əsl insanlığa nifrətçilik “mədəniyyətinə” çevrilibdir.

Son yüzillik ərzində dünya Azərbaycanda etnik və dini irqçilik, ksenofobiya və etnosentrizm formalarını daşıyan misli görünməmiş insan iztirablarının çoxsaylı təzahürlərinin şahidi olubdur.

Bu iyrənc şovinizmin ağır yükünü biz vətənindən məhrum olunmuşlar, tarixi Qardmandan, Şirvandan, Naxicevandan məhrum olmuşlar çəkmişik.

İnsana nifrət edən bütün hadisələrin keçmişdə qaldığı göründüyü 21-ci əsrdə Azərbaycan orta əsr adətlərinin müasir şərhində qeyri-adi qabiliyyətlərini sübut etməkdə davam edir.

Azərbaycan tsinizminin son təzahürü Dağlıq Qarabağda ermənilərin bağışlanmaz aclıq və uşaq qətli cinayətləri ilə müşayiət olunan etnik təmizləməsi oldu.

Və bu dövlət isə uzun müddətdir ki, aparıcı demokratik ölkələri, beynəlxalq təşkilatları, bir çox siyasətçilərin şəxsi mənfi keyfiyyətlərini tənqid edir.

Həmin ölkələri, təşkilatları və xadimləri Azərbaycanın cinayətkar davranışına qarşı qaldırılan etiraz səsi birləşdirir.

Bunasa Azərbaycan təbliğat maşını sağlam dialoqa hazırlıqla deyil, qlobal hakim və nümunəvi mövqe tutmaqla cavab verir.

Biz beynəlxalq ictimaiyyəti Azərbaycan mətbuatının həm beynəlxalq ifaçılara, həm də mötəbər siyasi və ictimai xadimlərə yönəlmiş hörmətsiz lüğətinə diqqət yetirməyə çağırırıq.

Xatırladırıq ki, Azərbaycan mətbuatı Bakının rəsmi ruporudur, çünki o ölkədə söz və mətbuat azadlığı azad və demokratik seçki və həmin  ifadə qədər nadirdir.

“Azərbaycan demokratiyanın həbsxanasıdır, burada həm etnik azlıqlar, həm də Azərbaycan cəmiyyətinin açıq fikirli və ədalətli ünsürləri əziyyət çəkib və indi də əziyyət çəkməkdədirlər”- deyərək bəyanatda  qeyd olunub.

Daha çox göstər
Back to top button