BaşlıcaSiyasət

Sanosyan: “Şimal-Cənub”proqramında  müsbət  odur ki,  biz nəhayət bəzi ərazilərdə tikinti mərhələsinə daxil olduq”

“Şimal-Cənub” layihəsinin  müsbət  tərəfi odur ki, biz nəhayət bəzi ərazilərdə tikinti  mərhələsinə daxil olduq.

Bu haqda  oktyabrın 31-də parlamentdə jurnalistlərlə  söbətində  Ərazi idarəetmə  və infrastruktur naziri Gnel  Sanosyan bəyan edib.

“Xüsusən ArtaşatdanYerevana , Yerevandan Aştaraka qədər olan hissələr uzun illər tikilib. Üstəlik, Yerevanın bəzi yerlərindəki məhkəmə məsələləri var, ona görə də işlər ya ləng gedir, ya da getmir, amma görünür, onlar da öz həllini tapmaq üzrədir.

İndi biz Aştarakdan Talın bölgəsi istiqamətdə  tikinti işlərinə başlamağa qərar verdik. Bilirsiniz ki, indiki əvəzedici yolda çoxlu döngələr var, qəzalar müntəzəm olaraq baş verir, maşın sürmək əlverişsizdir. Hazırda iki tikinti şirkəti işləyir, hər birinin 18 ay işləmək müddəti var.

Lancikdən Gümrüyə qədər olan hissələrin əsas hissəsi bu il tamamlanacaq, başqa kiçik işlər də olacaq. Hava şəraiti olsa, asfaltlama işləri tamamlanacaq.

Nəayət, Cənubun birinci hissəsində, Aqarakdan Kacarana qədər olan hissədə işə başladıq. Biz artıq işləri həyata  keçiririk , qalib İran şirkətidir. Orada həmçinin tikinti işlərinə 2024-cü ildə başlanacaq” – deyə Sanosyan  qeyd edib.

Daha çox göstər
Back to top button