
“Sülh müqaviləsi” bağlandıqda anklavlar, o cümlədən Artsvaşeni məsələsi də aydınlaşacaq. Bu haqda, oktyabrın 31-də jurnalistlərlə söhbətində Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
“Nə vaxt “sülh müqaviləsi” bağlansa, məncə, onun müddəalarından biri və ya ondan sonrakı proseslərdən biri demarkasiya-delimitasiya prosessi olacaq.
Bu məsələlər kontekstdə nəzərdən keçiriləcək, hansı hüquqi əsaslar var, çünki anklav və ya hər hansı ərazi üçün hüquqi əsaslar da olmalıdır: bizim onlarda nəyimiz var, onların bizdə nələri var.
Müvafiq komitələr müəyyən işlər görəndən sonra müzakirə edib müəyyən nəticəyə gələcəklər. Biz ilk növbədə Artsvaşeni müzakirə etməliyik” – deyərək Sanosyan bildirib.







