Yeni başlayan biznes üçün güzəştli kreditləşmə sistemi işə salınacaq: Nazir

ER İqtisadiyyat Nazirliyi yeni başlayan biznesmenlər üçün güzəştli kreditlərin verilməsi proqramını həyata keçirməyi planlaşdırır. Bunu ER iqtisadiyyat naziri Vahan Kerobyan dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Plan hələ hökumət tərəfindən təsdiqlənməyib, lakin nazir ümid edir ki, yaxın vaxtlarda təsdiq olunacaq.
“Gələn ilin büdcəsindən biz güzəştli faiz ilə güzəştli kreditlər verə biləcəyik”, – Kerobyan bildirib.
O, əmindir ki, bu yolla yeni qurulan şirkətlərin maliyyə resurslarına daha asan çıxış imkanı yaranacaq. Bu, biznes üçün ən böyük problemi – maliyyə resurslarına çıxışı həll edəcək.
Ümumilikdə, kiçik və orta sahibkarlığın dəstəklənməsi büdcəsi 20,43 milyard dram təşkil edəcək. Bu da 2023-cü illə müqayisədə iki dəfə çoxdur və iki il ərzində isə bu, beş dəfə artıb.
Nazir əmindir ki, bu yolla məhsuldarlığın artımı təmin olunacaq. Bunun nəticədə iqtisadiyyatın müxtəlif sahələri beynəlxalq bazarda daha rəqabətqabiliyyətli olacaq.







