
Cənubi Qafqazda sabit sülhün bərpası Aİ-nin əsas məqsədlərindəndir. Bunu Aİ-nin ER-dakı nümayəndə heyətinin sədri Vasilis Maraqos bildirib.
“Oktyabrın əvvəlində Qranadada keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə qarşı hərbi əməliyyatını bir daha pisləyib və Ermənistan və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyini vurğulayıb.
Biz bu səylərə sadiq qalırıq. Ermənistanda sığınacaq tapmış 100 mindən çox Dağlıq Qarabağ sakininin humanitar ehtiyacları bizim birbaşa diqqətimizdədir”, – deyə o bildirib.
Səfir əlavə edib ki, Aİ və Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin və Aİ-nin İqtisadi və İnvestisiya Planının bütün potensialının reallaşdırılması istiqamətində çalışaraq əlaqələri gücləndirməkdə qərarlıdır.







