BaşlıcaSiyasət

ER prezidenti Aİ-nin mülki müşahidə missiyasının Yeğeqnadzorda açılmış qərargahında olub

ER prezidenti Vahaqn Xaçaturyan 3 günlük səfərlə Syunik bölgəsinə gedib.

Yeğeqnadzorda prezident Aİ-nin mülki müşahidə missiyasının yeni açılmış ofisinə baş çəkib. Bu barədə Respublika Prezidentinin Aparatı xəbər yayıb.

Missiyanın rəhbəri Markus Ritter prezidenti salamlayıb və səfərə görə təşəkkür edib.

“Ermənistan Aİ-nin mülki müşahidə missiyasının fəaliyyətini yüksək qiymətləndirir”, – deyə prezident Xaçaturyan bildirib.

Prezident Xaçaturyan Markus Ritter və Aİ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Vasilis Maraqosun müşayiəti ilə ofisi gəzib, müşahidə missiyasının fəaliyyətinin əsas istiqamətləri ilə tanış olub.

Görüş zamanı Markus Ritter monitorinq prosesinin təfərrüatlarını və əsas məqamları prezident Vahaqn Xaçaturyana təqdim edib.

Daha çox göstər
Back to top button